BMT-nin baş katibi Antonio Quterreşbackend

Quterreş: Təhlükəsizlik Şurası mövcud reallığa uyğunlaşdırılmalıdır

BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasında təmsilçilik məsələsinə toxunaraq qurumun mövcud reallıqlara uyğunlaşdırılmasının qaçılmaz olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Quterreş qeyd edib ki, Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü Avropa ilə əlaqəlidir və Rusiyanın da Avropa ölkəsi olduğunu vurğulayıb.

O bildirib ki, Afrikanın və Latın Amerikasının Təhlükəsizlik Şurasında daimi üzvü yoxdur, Asiyanın isə yalnız bir daimi üzvü var.

“Reallığın sonda üstün gələcəyi aydındır. Buna görə də Təhlükəsizlik Şurasının uyğunlaşdırılması qaçılmaz olacaq”, – deyə Quterreş bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki