Qərb ölkələrinin Ukraynaya göndərdiyi əsas döyüş tanklarının bir hissəsinin hazırda cəbhədə aktiv istifadə olunmadığı və meşəlik ərazilərdə saxlanıldığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, “The New York Times” yazır ki, təxminən 10 milyon dollar dəyərində olan bu tanklar Ukrayna döyüş meydanında geniş yayılan ucuz dronların yaratdığı təhlükə qarşısında ciddi problemlərlə üzləşib.
Məlumata görə, tank batalyonlarından birinin təxminən yarısı artıq dron operatoru kimi yenidən təlim keçib. Qalan tanklardan bəziləri isə zədələnmiş hərbi texnikanın çəkilməsi üçün istifadə olunur və faktiki olaraq bahalı traktorlara çevrilib.
Ukraynaya göndərilən təxminən 82 “Abrams” tankından 25-nin zərbələrə məruz qaldığı bildirilir. İsveçin göndərdiyi 10 ədəd Strv 122 tankından isə təxminən birinin qaldığı qeyd olunur.
Rauf
























