Qalibafbackend

Qalibaf: Çinlə İran münasibətləri heç kimin icazəsinə ehtiyac duymur

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Çinin İrana qarşı qanunsuz sanksiyaları rədd edən mövqeyini alqışlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, İran Çinin “prinsipial mövqeyini” və qanunsuz sanksiyalara qarşı çıxmasını yüksək qiymətləndirir. O, İran-Çin münasibətlərinin qarşılıqlı hörmət, qarşılıqlı faydalı əməkdaşlıq və çoxqütblü dünya baxışı üzərində qurulduğunu vurğulayıb.

“Bu münasibətlərin heç kimin icazəsinə ehtiyacı yoxdur”, – deyə Qalibaf qeyd edib.

Qeyd edək ki, Çin avqustun 25-də ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını qanunsuz adlandıraraq belə tədbirlərə qarşı olduğunu açıqlayıb. Pekin İranla əməkdaşlığının beynəlxalq hüquq çərçivəsində davam etdiyini bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki