İsrailin keçmiş Baş Qərargah rəisi və siyasətçi Qadi Eisenkot İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında qalmasının vacib olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Eisenkotun sözlərinə görə, IDF HƏMAS-ın hərbi qüvvəsi tamamilə zərərsizləşdirilənə və Qəzza demilitarizasiya olunana qədər bölgədə qalmalıdır.
O, həmçinin Qəzzada “deradikallaşdırma” və yenidənqurma prosesinin həyata keçirilməli olduğunu və İsrailin bu prosesin icrasına ciddi nəzarət etməli olduğunu vurğulayıb. Eisenkot daha əvvəl də Qəzzada təhlükəsizlik məsuliyyətinin İsrailin əlində qalmasının vacibliyini müdafiə edib.
Jalə
























