image-6050816765345861559backend

Polşa Ukraynaya daha bir neçə “Patriot” raketi göndərməyi nəzərdən keçirir

Polşa Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə raketləri göndərməyi nəzərdən keçirir. Polşa rəsmiləri bildirirlər ki, cəmi 2-3 raketin Ukraynaya verilməsi ölkənin hava hücumundan müdafiə imkanlarını zəiflətməyəcək.

İNFOAZ.MEDİA xəbər verir ki,Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik hesab edir ki, Rusiya raketlərinin Ukrayna üzərində məhv edilməsi əslində Polşanın təhlükəsizliyini də gücləndirə bilər. Bu açıqlama Polşa ərazisinə sonuncu raket hadisəsindən sonra səsləndirilib.

Polşa daha əvvəl Ukraynaya “Patriot” sistemləri üçün 5 raket verib. Varşavanın yeni transferlə bağlı qərarı yaxın günlərdə qəbul edəcəyi gözlənilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki