image-5764845198394462752backend

Pistorius Ukraynanın Rusiyaya dərin zərbələrini tənqid edən ABŞ rəsmisini “axmaq” adlandırdığına görə üzr istəyib

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrlə bağlı ABŞ-ın tənqidini “olduqca axmaq fikir” adlandırmasına görə Pentaqonun siyasət məsələləri üzrə rəhbəri Elbric Kolbidən telefonla üzr istəyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Pistorius bildirib ki, ifadə seçimi düzgün olmayıb və ingilis dilində sualı cavablandırarkən uyğun olmayan sözlər işlədib.

Bununla belə, nazir Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr endirmək hüququnu müdafiə etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu hücumlar məqsədyönlü və strateji xarakter daşıyır, mülki əhaliyə qarşı yönəlmir.

Qeyd edək ki, ABŞ rəsmisi Elbric Kolbi Ukraynanın Rusiyanın dərinliklərinə zərbələrinin müharibənin başa çatmasına və Rusiya qüvvələrinin irəliləyişinin dayandırılmasına kömək etmədiyini bildirmişdi.

Rauf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki