image-1750790755_pezeskian-12-900x600backend

Pezeşkian: İran–Rusiya Strateji Müqaviləsi sürətlə icra olunacaq

Məsud Pezeşkian İran–Rusiya Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin icrasını sürətləndirməkdə qətiyyətli olduqlarını bəyan edib. O, bu fikirləri Tehranda Rusiyanın energetika naziri Sergey Tsivilyov ilə görüşdə səsləndirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Pezeşkian bildirib ki, Tehran və Moskva arasında münasibətlər yeni mərhələyə qədəm qoyur və əməkdaşlıq “çox imtiyazlı və genişlənən” xarakter alır. O, Vladimir Putin ilə keçirilən görüşlərdə qəbul olunan strateji qərarların ikitərəfli əlaqələr üçün yeni imkanlar açdığını vurğulayıb.

Müqavilə nəqliyyat, enerji, neft-qaz, kənd təsərrüfatı, müdafiə və təhlükəsizlik sahələrini əhatə edir.

Sergey Tsivilyov isə İran–Rusiya Birgə İqtisadi Komissiyasının 19-cu iclasının nəticələrini müsbət qiymətləndirib və Moskvanın Tehranla strateji tərəfdaşlığa sadiq olduğunu bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki