image-peskovbackend

Peskov: Rusiya Kubaya yanacaq göndərməyə davam edəcək

Rusiya Kuba ilə münasibətlərinə böyük önəm verir və bu ölkəyə yanacaq yardımı göstərmək niyyətindədir. Lakin bu dəstəyin Ukrayna ilə aparılan danışıqlarla heç bir əlaqəsi yoxdur.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə 18 fevralda Kremlin sözçüsü Dmitry Peskov brifinq zamanı açıqlama verib.

“Biz hesab etmirik ki, bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Kuba ilə münasibətlərimizə yüksək dəyər veririk və onları daha da inkişaf etdirməyi planlaşdırırıq”, – deyə Peskov bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki