“Vəkiloğlu” MMC-yə məxsus “Patron Yaquar” tumunun içindən bu dəfə taxta parçası çıxıb.
Bu barədə İNFOAZ.MEDİA-ya daxil olan şikayətdə bildirilib.
İstehlakçı Orxan Məhərrəmov məsələ ilə bağlı çəkdiyi videonu da elektron poçtumuza göndərib.
Şikayətçi bildirib ki, əvvəlcə paketdən çıxan yad cismin nə olduğunu anlaya bilməyib.
Lakin diqqətlə baxdıqdan sonra bunun taxta parçası olduğunu başa düşüb:
“Paketi açanda gözümə sataşdı. Əvvəlcə elə bildim ki, çox uzun tumdur və rəngi fərqlidir. Lakin götürdükdən sonra taxta parçası olduğunu gördüm. Anlamıram, “Patron”bizə tum satır, yoxsa taxta-şalban?”.
Xatırladaq ki, bu, “Patron” tumları ilə bağlı ilk şikayət deyil. Bundan əvvəl də istehlakçılar sözügedən tum paketlərinin içindən qoyun qığı, siçan nəcisi, dəmir parçası çıxmasından şikayət ediblər.
Rauf
Посмотреть эту публикацию в Instagram
























