Ermənistanın baş naziri Nikol Paşinyan metroda Qarabağdan köçən bir şəxslə mübahisə zamanı sərt ifadələr işlədib.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə zamanı Paşinyan bildirib ki, Qarabağda yaşayanların orada qalması üçün hökumət tərəfindən bütün imkanlar səfərbər edilib:
“Sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik. 2023-cü ildə insanların Qarabağdan Ermənistana getməsinin qarşısını almaq üçün sərhədləri bağlamaqda məni günahlandıran da siz idiniz. İndi isə deyirsiniz ki, geri qayıtmaq istəyirdiniz”.
Baş nazir əlavə edib ki, Ermənistan vətəndaşlarının ödədiyi vergilər hesabına Qarabağda yaşayanlara böyük maliyyə dəstəyi göstərilib:
“Biz milyardlarla vəsait xərclədik ki, siz orada qala biləsiniz. Bəs niyə qalmadınız?”
Paşinyan həmçinin ölkənin ərazi məsələlərinə toxunaraq, sərt ifadələr səsləndirib:
“Ermənistanın xəritəsi haqqında bu qədər ikrahla danışmayın. Siz, qaçanlar, mənim Qarabağı təslim etdiyimi deməyə çalışmayın”.
Rauf
Посмотреть эту публикацию в Instagram
























