Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiysk limanına Ukraynanın həyata keçirdiyi genişmiqyaslı dron və raket hücumu zamanı çəkildiyi bildirilən görüntülər yayılıb. Videoda rusiyalı bir uşağın uzaqdan hücumları izlədiyi görünür.
İNFOAZ.MEDİA xəbər verir ki, hücum zamanı Novorossiyskdə hərbi-dəniz bazası, liman infrastrukturu və digər obyektlərin hədəf alındığı bildirilib. Rusiya rəsmilərinin məlumatına görə, hücum nəticəsində üç nəfər, o cümlədən bir uşaq ölüb, 20-dən çox yaşayış binasına zərər dəyib.
Ukrayna tərəfi əməliyyatın strateji əhəmiyyət daşıdığını açıqlayıb. Novorossiysk Rusiyanın Qara dənizdə əsas hərbi-dəniz bazalarından və mühüm taxıl ixrac limanlarından biridir.
Jalə
























