Niderland Qəzzadakı müharibə və İsrailin müsabiqədə iştirakı ətrafında yaranan fikir ayrılıqları səbəbindən “Eurovision-2027” mahnı müsabiqəsində iştirakdan imtina edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Niderlandın ictimai yayımçısı bildirib ki, müsabiqənin neytrallığının bərpa olunduğuna dair kifayət qədər əminlik yoxdur. Qeyd olunub ki, silahlı münaqişələrdə iştirak edən ölkələrin gələcəkdə müsabiqəyə ev sahibliyi etməsini məhdudlaşdıran son qayda dəyişiklikləri bu narahatlıqları aradan qaldırmır.
Niderland 1956-cı ildə keçirilən ilk “Eurovision” müsabiqəsindən etibarən yarışda iştirak edib və beş dəfə qalib olub.
Məlumata görə, 2026-cı il müsabiqəsində İsrailin iştirakı ilə bağlı beş ölkənin boykot qərarından sonra tamaşaçı sayı 35 milyon nəfər azalıb.
Rauf
























