İsrailin Baş naziri Benyamin Netanyahu Hindistanın İsrailə münasibətindən danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, bu həftə Hindistanın Baş naziri Narendra Modi ilə növbəti dəfə çox səmimi telefon danışığı aparıb.
“1,4 milyard əhalisi olan ‘kiçik’ ölkə Hindistanda İsrailə dəstək olduqca böyükdür. Biz bu dəstəyi təhlükəsizlik və iqtisadi əlaqələrə çeviririk”, – Netanyahu deyib.
İsrail və Hindistan son illərdə müdafiə, texnologiya, təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirib. 2026-cı ilin fevralında iki ölkə münasibətləri “Xüsusi Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldib.
Rauf
























