İsrail Baş naziri Benyamin Netanyahu son tədbirlərdən birində Milli Təhlükəsizlik naziri İtamar Ben Qvirlə birgə foto çəkdirməkdən yayınıb və tədbirə əvvəlcədən yazılmış video müraciət göndərib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ben Qvirin tərəfdarları hadisəni “utancverici” adlandıraraq Netanyahunu gələcəkdə Qadi Eyzenkotla koalisiya qurmağa hazırlaşmaqda ittiham ediblər.
Netanyahu isə çıxışında geniş milli hökumətin yaradılmasına çağırıb və “Bölünmək zəiflikdir, birlik isə gücdür” deyib.
Rauf
























