image-5780384428726096961-1backend

Moderna fərdiləşdirilmiş xərçəng peyvəndinin sınaqlarında müsbət nəticə açıqladı

“Moderna” şirkəti fərdiləşdirilmiş mRNT əsaslı xərçəng peyvəndi üzrə ilk dəfə III mərhələ klinik sınaqlarının müsbət nəticələrini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, şirkətin “Merck”in “Keytruda” preparatı ilə birlikdə tətbiq etdiyi peyvəndin melanomanın təkrarlanmasının qarşısının alınmasında yalnız “Keytruda” ilə müqayisədə əhəmiyyətli üstünlük göstərdiyi bildirilib.

Müalicə hər bir pasiyentin şişinin genetik ardıcıllığının müəyyənləşdirilməsi və süni intellekt vasitəsilə 34-ə qədər unikal xərçəng markerinin aşkarlanması əsasında hazırlanır. Daha sonra pasiyent üçün fərdi mRNT peyvəndi yaradılır və bu peyvənd immun sistemini xərçəng hüceyrələrini tanıyaraq məhv etməyə yönəldir.

Şirkətlərin 2027-ci ildən etibarən müalicənin təsdiqlənməsi üçün tənzimləyici qurumlara müraciət etməyi planlaşdırdığı bildirilir. Sınaqların ağciyər, sidik kisəsi və böyrək xərçənglərinə də genişləndirilməsi nəzərdə tutulur.

Xəbərin açıqlanmasından sonra “Moderna”nın səhmləri 110%-dən çox bahalaşıb və şirkətin bazar dəyəri on milyardlarla dollar artıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki