Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatları çərçivəsində tanınmış simalar saxlanılıb. Onların arasında müğənnilər Kaan Tangöze və Murat Dalkılıç, həmçinin aktyor İsmail Hacıoğlu də yer alır.
İNFOAZ.MEDİA xəbər verir ki, saxlanılanlar arasında “Survivor” yarışmasının qalibi olan boksçu Adem Kılıçcı da var.
İstanbul Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində saxlanılan şəxslərə qarşı “istifadə məqsədilə narkotik və ya psixotrop maddə əldə etmə”, “qəbul etmə və ya saxlama”, eləcə də “narkotik vasitələrin istifadəsini asanlaşdırma” və “fahişəliyə təşviq və vasitəçilik” maddələri üzrə ittihamlar irəli sürülüb.
Təbriz
























