image-mektebli-formalaribackend

Məktəbli formalarının qiymətləri açıqlandı

Yeni tədris ili üçün məktəbli formalarının qiymətləri açıqlanıb. Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov bildirib ki, bütün model və ölçülər mövcuddur.

İNFOAZ.MEDİA iqtisadiyyat.аz-a istinadən oğlan və qızlar üçün qiymətləri təqdim edir:

26–54 ölçü: qısaqol köynək – 12 manat
26–54 ölçü: uzunqol köynək – 14 manat
26–54 ölçü: şalvar və ətək – 15 manat
30–50 ölçü: nazik jaket – 20 manat
30–50 ölçü: kapüşonlu jaket – 25 manat
26–54 ölçü: qalın jaket – 22 manat

56, 58 və 60 ölçülü şalvar, ətək və köynəklərin qiymətinə əlavə parça sərfiyyatına görə 5 manat əlavə olunur.

Bütün model və ölçülərin mövcud olduğu, alınan məktəbli formalarına isə 1 il zəmanət verildiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki