makronbackend

Makron: Ukrayna 16 ədəd “Rafale” qırıcısı və SAMP/T NG hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna Fransa istehsalı olan 16 ədəd “Rafale” çoxməqsədli döyüş təyyarəsi və SAMP/T NG yeni nəsil hava hücumundan müdafiə sistemləri əldə etməyi planlaşdırır.

İNFOAZ.MEDİA xəbər verir ki, Makronun sözlərinə görə, bu addım Ukraynanın hava məkanının müdafiəsini gücləndirmək və ölkənin müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.

Fransa lideri sövdələşmənin dəyəri, maliyyələşdirmə mexanizmi və mümkün çatdırılma tarixləri ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki