Macarıstan parlamenti Konstitusiyanın (Əsas Qanunun) 17-ci düzəlişini qəbul edərək Prezident Tamaş Şulyokun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan qanun layihəsinə dəstək verib.
İNFOAZ.MEDİA xəbər verir ki, qərar hakim Tisza Partiyasının Milli Assambleyadakı üçdəiki səs çoxluğu ilə qəbul olunub. Dəyişikliyə əsasən, qanun qüvvəyə mindikdən sonra Şulyokun prezident səlahiyyətlərinə xitam veriləcək. Əgər o, qanunu beş gün ərzində imzalamasa, ona qarşı impiçment proseduruna başlanacağı gözlənilir.
Qəbul edilən konstitusiya paketi həmçinin deputatlar üçün 12 illik vəzifə müddəti limiti, Konstitusiya Məhkəməsi hakimləri üçün 70 yaş həddi və digər institusional islahatları da ehtiva edir.
Rauf
























