Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaponiya xarici işlər naziri Toşimitsu Motegi ilə Filippində keçirilən tədbir zamanı baş verən qısa görüş barədə danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Lavrovun sözlərinə görə, rəsmi ziyafət zamanı nazirlər uzun masada əyləşərkən Motegi arxadan onun çiyninə toxunub və “Sizi görməyə çox şadam. Necəsiniz?” deyə soruşub.
Lavrov bildirib ki, ayağa qalxmağa belə vaxt tapmayıb, Motegi ilə əl sıxıb və yapon nazir öz yerinə qayıdıb.
“Görünür, ‘ikitərəfli və regional məsələləri müzakirə etdik’ dedikdə məhz bu nəzərdə tutulur”, – Lavrov istehza ilə bildirib.
Yaponiya XİN-in məlumatına görə, Motegi iyulun 21-də Manilada keçirilən qala ziyafətində Lavrovla qısa söhbət etdiyini və ikitərəfli münasibətlər və regional məsələlər barədə danışdıqlarını bildirib.
Jalə
























