Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putinin də açıq şəkildə bəyan etdiyi kimi, Ukraynada həyata keçirilən “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərinə nail olunacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, Lavrov cəbhədən yayılan görüntüləri izlədiyini və oradakı hərbçiləri “qətiyyətli və ölkələri ilə fəxr edən gənclər” kimi xarakterizə edib.
O bildirib ki, Rusiya qüvvələrinin növbəti yaşayış məntəqəsini ələ keçirməsindən sonra hərbçilərin səsləndirdiyi “Düşmən məğlub olacaq, qələbə bizim olacaq, bizim işimiz ədalətlidir” sözləri güclü mesajdır.
Lavrovun sözlərinə görə, Rusiya qarşıya qoyduğu məqsədlərə çatmaq niyyətindədir.
Rauf
























