Kanada ABŞ-dan idxal olunan təxminən 700 məhsula sentyabrın 8-dən etibarən 50%-dək tarif tətbiq edəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Ottavanın qərarı ABŞ-Kanada ticarət danışıqlarının nəticəsiz başa çatmasından və Vaşinqtonun Kanada məhsullarına yeni tariflər tətbiq etməsindən sonra qəbul edilib.
Yeni tədbirlər ümumilikdə təxminən 20 milyard dollar dəyərində ABŞ məhsulunu əhatə edir. Polad və alüminiuma tarif 50% təşkil edəcək, avtomobillərə isə 25%-lik rüsum tətbiqi davam edəcək.
Kanadanın bu addımı ABŞ-ın yeni tariflərinə cavab olaraq tətbiq etdiyi qarşılıqlı tədbirlərin bir hissəsidir və iki ölkə arasında ticarət gərginliyini daha da artırır.
Jalə
























