İsrail ordusunun Qəzza şəhərinin şimalındakı Şeyx Radvan bölgəsinə endirdiyi zərbə nəticəsində tikintisi başa çatmaq üzrə olan kiçik duzsuzlaşdırma zavodu dağıdılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, zavod bir neçə gün ərzində istifadəyə verilərək bölgədə məcburi köçkün ailələrini içməli su ilə təmin etməli idi.
Zərbə nəticəsində yaxınlıqdakı məscidin də dağıldığı bildirilir.
Qəzzada illərdir quyulara, su kəmərlərinə və iri duzsuzlaşdırma qurğularına dəyən ziyan səbəbindən ciddi su böhranı yaşanır.
Dağıdılan zavodun bölgədə yüzlərlə, hətta minlərlə məcburi köçkün ailəsini su ilə təmin etməsi nəzərdə tutulurdu.
Rauf
























