image-5794041767597379531backend

İsrail müdafiə naziri Suriyada: “Hörmüz və təhlükəsizlik zonasından çəkilməyəcəyik”

İsrailin müdafiə naziri İsrael Katz Suriyanın cənubunda səfəri zamanı İsrail ordusunun Hermon dağı və təhlükəsizlik zonasından geri çəkilməyəcəyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Katz qeyd edib ki, İsrailə qarşı cihadçı təhdidlər davam etdiyi müddətdə İsrail ordusu bölgədə qalacaq. O, Dəməşqə mesaj göndərərək Suriya prezidentinə səhərlər saraydan Hermon dağına baxarkən İsrail ordusunu görəcəyini deyib.

“Biz buradayıq ki, icmalarımızı və sərhədimizi qoruyaq”, – Katz vurğulayıb.

Nazir həmçinin İsrailin Suriyada Türkiyənin hərbi dayaq yaratmaq cəhdinə qarşı hərəkət etdiyini bildirib. Katz bunun İsrailin təhlükəsizlik maraqlarını təhdid etdiyini və İsrailin mövqeyinin gələcəkdə də dəyişməyəcəyini deyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki