image-irgc-general-naqdibackend

İranlı general Tramp administrasiyasını ittiham etdi: “Onlar öz maraqları üçün işləyirlər”

İranlı general Məhəmməd Rza Nəqdi ABŞ Prezidenti Donald Trampın administrasiyasını ölkənin və bəşəriyyətin maraqlarına deyil, şəxsi mənfəətlərinə xidmət etməkdə ittiham edib.

İNFOAZ.MEDİA xəbər verir ki,  Nəqdi PBS News-a müsahibəsində deyib ki, ABŞ administrasiyasının üzvləri hətta Amerikanın maraqları naminə də fəaliyyət göstərmirlər:

“Bu insanlar nəinki bəşəriyyətin xeyrinə çalışmırlar, hətta Amerika üçün də işləmirlər. Onlar öz maraqları üçün çalışırlar.”

İranlı general daha sonra ABŞ-ın fond bazarındakı dəyişikliklərlə hərbi və siyasi addımlar arasında əlaqə olduğunu iddia edib:

“Fond birjası bağlanan kimi onlar düşmənçilik fəaliyyətlərinə başlayırlar, birja açıldıqda isə səhmlərin qiymətini yüksəltmək üçün müsbət mesajlar göndərirlər.”

Nəqdi ABŞ administrasiyasının yüksək vəzifəli şəxslərinin bu prosesdən şəxsi maliyyə qazancı əldə etdiyini də iddia edib:

“Bütün bunlarla yanaşı, özləri də həmin səhmləri alıb-satırlar.”

Generalın sözlərinə görə, ABŞ-ın İran siyasətində iqtisadi və şəxsi maraqlar mühüm rol oynayır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki