İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ-ın İrana qarşı siyasətini sərt şəkildə tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Əzizi bildirib ki, amerikalılar diplomatiyanın dilini başa düşmürlər. Onun sözlərinə görə, buna görə də ABŞ nə sanksiyaları aradan qaldıracaq, nə İranın maliyyə resurslarının qarşısını açacaq, nə də dənizdəki “quldurluğa” son qoyacaq.
İranlı deputat vurğulayıb ki, tarix ABŞ-ın yalnız güc dilini anladığını göstərəcək.
“Lakin tarix göstərəcək ki, güc dili ilə onlar nəinki bu addımları atmağa məcbur ediləcəklər, həm də regionu İranın böyük xalqından üzr istəyərək tərk edəcəklər”, – deyə Əzizi bildirib.
Rauf
























