İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, ölkənin ordusu və digər silahlı qüvvələri mümkün təcavüz halında düşmənlə qarşıdurmaya tam hazırdır.
İNFOAZ.MEDİA xəbər verir ki, o, qeyd edib ki, Silahlı Qüvvələrin ali komandanlığı tərəfindən dəfələrlə vurğulandığı kimi, Ordu Qüvvələri istənilən potensial təhlükəyə qarşı yüksək hazırlıq səviyyəsindədir.
Əkrəminiyanın sözlərinə görə, ordunun döyüş gücü və əməliyyat hazırlığı gündən-günə artır və ölkənin müdafiəsi ən yüksək səviyyədə təmin olunur.
Sözçü əlavə edib ki, İran müharibəni təşviq etmir və hərbi münaqişə başlatmaq niyyətində deyil. Lakin milli maraqların qorunması və xalqın xarici təhdidlərdən müdafiəsi üçün zəruri addımlar atılacaq.
Rauf
























