iranbackend

İran diplomatlarına 24 saat vaxt verildi – BU ÖLKƏDƏ

Qətər İranın hərbi və təhlükəsizlik attaşelərini, eləcə də onların əməkdaşlarını arzuolunmaz şəxs elan edib və 24 saat ərzində ölkəni tərk etmələrini tələb edib.

İNFOAZ.MEDİA-nın məlumatına görə, bu qərar Qətər Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Bildirilib ki, sözügedən şəxslər diplomatik statusdan məhrum edilərək ölkədən çıxarılmalıdır.

Qeyd olunur ki, qərarın səbəbi İranın neft-qaz obyektlərinin yerləşdiyi Ras Laffan Sənaye Mərkəzinə hücum etməsidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki