İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri bildirib ki, rəsmi göstəriş veriləcəyi təqdirdə İran Hörmüz boğazını bağlamağa hazırdır.
İNFOAZ.MEDİA xəbər verir ki, “Hörmüz boğazına ağıllı nəzarət” adlı hərbi təlimin əsas mərhələsinə nəzarət edən komandan qeyd edib ki, strateji su yolunun bağlanması ilə bağlı qərarı ölkənin ali rəhbərliyi verir və hərbçilər əmr olarsa, tapşırığı yerinə yetirməyə hazırdır.
Təlim zamanı boğazdan keçən nəqliyyat bir neçə saatlıq dayandırılıb. İkinci mərhələdə İİKK-nin döyüş və sürətli reaksiya bölmələri iştirak edib. Müxtəlif müdafiə və hücum sistemləri sınaqdan keçirilib, hədəflərin yüksək dəqiqliklə məhv edildiyi bildirilib.
Həmçinin sürətli raket gəmiləri və pilotsuz uçuş aparatları vasitəsilə həm sabit, həm də hərəkətli hədəflərə zərbələr endirilib.
Rauf
























