Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı açıqlamasında İsrailin siyasətini tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Fidan bildirib ki, Suriya üçün əsas risklərdən biri İsrailin həyata keçirdiyi siyasətdir. Onun sözlərinə görə, İsrailin sabit, güclü, inkişaf edən və firavan Suriya görmək istəyib-istəmədiyi sual altındadır.
Nazir iddia edib ki, İsrail Suriyada sabitliyi pozmağa çalışır və Türkiyə bunun əleyhinədir.
Hakan Fidan əlavə edib ki, bu mesaj regional hökumətlərlə birlikdə İsrailə çatdırılmalıdır. Onun sözlərinə görə, bir ölkənin təhlükəsizliyinin digər ölkələrin qeyri-sabitliyi və parçalanması hesabına təmin olunmasına əsaslanan strategiyadan imtina edilməlidir.
Fidan vurğulayıb ki, region ölkələri sabit və təhlükəsiz olduqca, bunun İsrailin təhlükəsizliyinə də müsbət təsir göstərə biləcəyini nəzərə almaq lazımdır.
Rauf
























