İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İrana qarşı təzyiq siyasətini tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçi bildirib ki, ABŞ son illərdə İrana qarşı müxtəlif təzyiq və sanksiya siyasətləri həyata keçirib, lakin bunların heç biri gözlənilən nəticəni verməyib.
“14 il əvvəl: ‘Tarixin ən iflicedici sanksiyaları’. Uğursuz oldu.
8 il əvvəl: ‘Maksimum təzyiq’. Uğursuz oldu.
5 ay əvvəl: ‘Şərtsiz təslim’. Uğursuz oldu.
Bu gün: ‘Tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı’. Bunun da uğursuzluğa məhkum olduğu bəllidir”, – deyə Əraqçi qeyd edib.
İranlı nazir əlavə edib ki, Tehran ABŞ-ın bu siyasətini daha əvvəl də görüb.
“Biz bu filmi əvvəllər də izləmişik. Eyni cəfəngiyyat, sadəcə fərqli zorakılar”, – deyə Əraqçi bildirib.
Rauf
























