Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 20-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif əraziləri üzərində 149 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.
İNFOAZ.MEDİA xəbər verir ki, zərərsizləşdirilən PUA-lardan 57-si Bryansk vilayəti üzərində, 28-i Qara dəniz üzərində, 24-ü isə Azov dənizi üzərində vurulub.
Bundan əlavə, Rusiya hərbçiləri Krım ərazisində 20, Krasnodarda 17, Rostov vilayətində 2, Belqorod vilayətində isə 1 pilotsuz uçuş aparatını məhv ediblər.
Jalə
























