ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Donald Trampın prezidentliyi dövründə kürəkəni Jared Kuşner və qızı İvanka Trampın yüksək səviyyəli görüşlərdə iştirakı ilə bağlı maraqlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Boltonun sözlərinə görə, Tramp Seulda Cənubi Koreyanın Prezidenti Mun Çje İnlə rəsmi ikitərəfli görüş keçirərkən o, dövlət katibi Mayk Pompeo və digər müşavirlərlə birlikdə görüşdə iştirak edib.
“Birdən Jared və İvanka görüşə daxil olaraq əyləşdilər. Mən heç vaxt belə bir şey görməmişdim. Heç kim heç nə demədi. Nə deyəcəkdik? Onlara çıxmalarını söyləyəcəkdik?” – Bolton bildirib.
Boltonun sözləri Trampın ilk prezidentliyi dövründə Kuşner və İvankanın rəsmi diplomatik proseslərdə qeyri-ənənəvi şəkildə iştirakına dair müzakirələri yenidən gündəmə gətirib. Kuşner və İvanka həmin dövrdə Tramp administrasiyasında yüksək səviyyəli məsləhətçi kimi fəaliyyət göstərirdilər.
Jalə
























