image-more_plaj-768x403backend

Çimərlikdə bir ailənin 3 üzvünün meyiti tapıldı

Türkiyənin Kocaeli şəhərində çimərlikdə bir ailənin 3 üvünün meyiti tapılıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, əvvəlcə iki qadının, daha sonra isə bir kişinin meyiti sahildə aşkarlanıb.

Ölənlərin bacı və qardaş olduğu məlum olub: 17 yaşlı Məhəmməd Əli Sakar, 24 yaşlı Gülşah Sakar və 15 yaşlı Belinay Sakar.

Daha əvvəl itkin düşmüş hesab olunan üçüncü bacı Bilgənur Sakar isə axtarış əməliyyatı nəticəsində sağ tapılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki