Pew Research Center-in sorğusuna əsasən, Cənubi Koreyada əhalinin 55%-i ABŞ-a mənfi münasibət bəsləyir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu göstərici ötən il 39% təşkil edib. Beləliklə, ABŞ-a mənfi münasibət bildirənlərin payı bir il ərzində 16 faiz bəndi artıb.
Sorğunun nəticələrinə görə, bu, son 20 ildən artıq müddətdə Cənubi Koreyada ABŞ-a ilk dəfə əksəriyyətin mənfi münasibət göstərməsi deməkdir.
Rauf
























