“Azərbaycan və Ermənistan arasında açılan yeni yolun Gürcüstan üçün hər hansı risk yaratmadığını qeyd etmək istəyirəm.”
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Maka Boçorişvili bildirib.
Onun sözlərinə görə, Tbilisi yeni inşa olunan yolları Gürcüstan ərazisindən keçən mövcud marşrutlarla rəqabət və ya təhlükə olaraq qəbul etmir. Boçorişvili vurğulayıb ki, bu layihələr regional nəqliyyat infrastrukturunu gücləndirir və qonşu ölkələr arasında əməkdaşlığı təşviq edir.
“Yeni yolun yaradılması ticarət əlaqələrinə müsbət təsir göstərə bilər və Gürcüstan üçün əlavə tranzit imkanları təmin edir. Biz bu layihəni regional inteqrasiya və iqtisadi əməkdaşlıq baxımından dəyərləndiririk”, – deyə Gürcüstan XİN rəhbəri əlavə edib.
Jalə
























