image-qaz-2-2backend

Biləsuvarda 6 kəndin qazı kəsiləcək

Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, qazın verilişinin dayandırılmasına səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.

Belə ki, saat 10:00-dan etibarən işlər başa çatanadək Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”ın məlumatına görə, işlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki