Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti Tomoko Akane ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaların gündəlik həyatına təsir etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Akane sanksiyalardan sonra kredit kartlarının artıq işləmədiyini və pul köçürmələri də daxil olmaqla maliyyə əməliyyatlarının mümkünsüzləşdiyini deyib.
“Məsələn, kredit kartlarım artıq istifadəyə yararsızdır. Hesab edirəm ki, ABŞ-la əlaqəli xidmətlər və tətbiqlər də mənim üçün əlçatmaz ola bilər”, – deyə Akane bildirib.
O qeyd edib ki, hazırda kredit kartlarından istifadə edə bilmir və pul köçürmələri kimi əməliyyatlar da artıq həyata keçirilmir.
ABŞ avqustun 18-də Akane və BOKT-nin baş prokurorlarından biri Abdoulaye Seye qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar onların ABŞ yurisdiksiyasındakı aktivlərinin dondurulmasını və ABŞ maliyyə sisteminə çıxışlarının məhdudlaşdırılmasını nəzərdə tutur.
Jalə
























