Galatasaray Çempionlar Liqasının tarixində “Juventus” qapısından 5 qol keçirən ilk komanda oldu.
İNFOAZ.MEDİA xəbər verir ki, “Cim Bom” ilk hissəni 1:2 hesabı ilə geridə başa vursa da, ikinci yarıda möhtəşəm dönüş edərək rəqib qapısından daha 4 top keçirdi və əzmkar qələbəyə imza atdı.
Bu nəticə ilə İstanbul təmsilçisi 1/8 finala yüksəlmək yolunda böyük üstünlük qazandı.
Cavab görüşü 26 fevral tarixində keçiriləcək.
Rauf
























