image-5794041767597379556backend

Almaniyanın BND kəşfiyyatı Gamescom-da oyunçular arasından casus axtarır

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) Gamescom 2026 sərgisində oyunçular arasından yeni əməkdaşlar seçir.

İNFOAZ.MEDİA xəbər verir ki, BND bunun üçün casusluq mövzusunda gizli hərəkət janrında oyun hazırlayıb və onu istedadların müəyyənləşdirilməsi üçün istifadə edir.

Qurumun nümayəndəsinin sözlərinə görə, oyunçularla BND-nin axtardığı namizədlər arasında ciddi uyğunluq var. Onlar texnologiyaya bələddir, müxtəlif rollara girməyi sevir və yeni situasiyalara uyğunlaşa bilirlər.

Ümidverici namizədlər beş mərhələdən ibarət kibertəhlükəsizlik sınağından keçəcəklər.

Məlumatı Dexerto yayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki