Almaniya hökuməti Əfqanıstandan deportasiyaların artırılması müqabilində Taliban tərəfindən təyin olunan şəxslərin Əfqanıstanın Almaniyadakı diplomatik nümayəndəliklərində çalışmasına imkan verən əməkdaşlığı genişləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Politico”nun məlumatına görə, Almaniyada yaşayan əfqanıstanlı dissidentlər bu addımın onların şəxsi məlumatlarının Talibanın əlinə keçməsi riskini artıracağından narahatdırlar.
Onlar hesab edirlər ki, bu məlumatlar gələcəkdə hədələmə, şantaj və təqib üçün istifadə oluna bilər.
Tənqidçilər Almaniya kansleri Fridrix Mertsi miqrasiyanın qarşısını almaq məqsədilə Talibanı faktiki olaraq legitimləşdirməkdə ittiham edirlər.
Məlumata görə, Berlin isə əməkdaşlığı əsasən Əfqanıstan vətəndaşlarının deportasiyası və miqrasiya siyasəti çərçivəsində əsaslandırır.
Jalə
























