ABŞ zabitibackend

ABŞ: Çinlə əlaqəli hakerlər federal qurumlara və kritik infrastruktura hücum edib

ABŞ rəsmiləri Çinlə əlaqəli haker qrupunun federal qurumların, hərbi şəbəkələrin, xəstəxanaların, enerji şirkətlərinin və müdafiə podratçılarının sistemlərinə müdaxilə etdiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosunun məlumatlarına istinadən “Reuters” yazıb.

Məlumata görə, hücumlarda “QScan” və “QTRouter” adlı iki platformadan istifadə edilib. ABŞ Ədliyyə Nazirliyi kampaniya ilə əlaqəli üç internet domenini ələ keçirib.

Hakerlərin NASA, Federal Ehtiyat Sistemi, ABŞ Senatı, Ədliyyə, Energetika və Səhiyyə və İnsan Xidmətləri nazirlikləri, eləcə də Milli Sağlamlıq İnstitutlarının şəbəkələrini hədəfə aldığı bildirilib. Xəstəxanalar, telekommunikasiya şirkətləri, banklar, enerji müəssisələri və müdafiə şirkətləri də hücumların hədəfləri arasında olub.

ABŞ rəsmiləri kampaniyanın ən azı 2018-ci ildən fəaliyyət göstərdiyini və Çinlə əlaqəli “Nanjing Xinjiuwei Network Technology” şirkəti ilə bağlı olduğunu iddia edir.

Çin isə ABŞ-ın bu ölkəni kiberhücumlarda ittiham etməsini rədd edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki