Donald Trump administrasiyasının Qəzza ərazisində hərbi infrastruktur yaratmaq niyyətində olduğu iddia edilir.
İNFOAZ.MEDİA xəbər verir ki, planlaşdırılan hərbi obyekt 35 hektardan artıq ərazini əhatə edəcək və burada beynəlxalq kontingentə daxil olan təxminən 5 min hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, bazanın təhlükəsizlik sistemi geniş miqyaslı olacaq. Ərazidə 26 müşahidə qülləsinin qurulması, eləcə də müdafiə məqsədli bunker və istehkam kompleksinin inşası planlaşdırılır. Mənbənin yazdığına görə, obyekt həm strateji nəzarət, həm də təhlükəsizlik əməliyyatlarının koordinasiyası üçün istifadə oluna bilər.
Rəsmi Vaşinqton tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib. Layihənin regionda siyasi və təhlükəsizlik balansına mümkün təsirləri isə müzakirə mövzusuna çevrilib.
Rauf
























