İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın kəşfiyyat məlumatlarında yol verdiyi səhvlər səbəbindən uzun müddətdir yanlış hesablamalar etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçi qeyd edib: “ABŞ uzun müddətdir kəşfiyyat uğursuzluqları səbəbindən yanlış hesablamalara yol verir.
Buna misal olaraq İrana qarşı müharibəni göstərmək olar. İndi isə Hörmüz boğazı ilə bağlı bundan da böyük səhv hesablamaya yol verilir.
Saxta xəbərlərdən daha pis olanı saxta kəşfiyyat məlumatlarıdır. Ehtiyatlı olun.
Allah böyükdür, Yer üzündəki istənilən gücdən daha böyükdür. Biz Allaha güvənirik.”
Rauf
























