İsrailin keçmiş casusu Conatan Pollard ölkənin qarşıdakı əsas strateji təhdidlərinin Türkiyə və Misir ola biləcəyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid məxfi məlumatları İsrailə ötürdüyünə görə ABŞ-da 30 il həbs cəzası çəkən Pollard hazırda Knessetə namizədliyini irəli sürüb.
Pollardın sözlərinə görə, İsrailin şimalında Türkiyə, cənubunda isə Misir gələcəkdə əsas təhlükələrə çevrilə bilər.
“Türkiyə və Misir növbəti böyük strateji təhdidlərimiz olacaq. O vaxta qədər bütün digər cəbhələri aradan qaldırmasaq, dəhşətli vəziyyətlə üzləşəcəyik”, – deyə o bildirib.
Pollard əvvəlcə İranın “xəritədən silinməli” olduğunu söyləyib və Türkiyə ilə mümkün qarşıdurmanın İranla müqayisədə daha çətin ola biləcəyini vurğulayıb.
“Türklərlə iranlılarla olduğumuz qədər asan vaxt keçirəcəyimizə əmin deyiləm”, – deyə Pollard qeyd edib.
O, İsrail ilə Türkiyə arasında gələcək qarşıdurmanı qaçılmaz hesab edərək, “Fırtına gəlir”, – deyə xəbərdarlıq edib.
Jalə
























