ABŞ-ın müdafiə naziri Pit Heqset Karakasda, Venesuelanın Müdafiə Nazirliyinin və Fuerte Tiuna hərbi kompleksinin yaxınlığında amerikalı hərbçilərlə birlikdə qaçış edərkən görüntülənib.
İNFOAZ.MEDİA xəbər verir ki, Heqseth 18 noyabrda Venesuelaya səfəri zamanı ABŞ hərbçiləri ilə birgə fiziki hazırlıq məşqi keçirib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, məhz Fuerte Tiuna hərbi kompleksində 2026-cı il yanvarın 3-də ABŞ qüvvələri Venesuelanın keçmiş prezidenti Nikolas Maduronu ələ keçirmişdi.
Heqsetin səfəri çərçivəsində ABŞ və Venesuela arasında hərbi əməkdaşlığın bərpasına dair razılaşma da imzalanıb.
Jalə
























