image-images-47backend

Berni Sanders: Netanyahu Trampı İranla müharibəyə sürükləyib

ABŞ senatoru Berni Sanders İranla müharibənin səbəbləri və İsrailin bu prosesdəki rolu barədə danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Sanders İranın avtoritar dövlət olduğunu və terror aktları törətdiyini desə də, müharibənin başlanmasında İsrailin rolunun əsas olduğunu iddia edib.

“Netanyahu öz maraqlarını güdür və Trampı buna razı salıb. Mənim fikrimcə, müharibənin əsas səbəbi İsrailin İranı zəiflətmək və sabitliyi pozmaq məqsədilə Trampı bu müharibəyə sövq etməsidir”, – deyə senator bildirib.

Sandersin sözlərinə görə, Netanyahu uzun illərdir ABŞ prezidentlərini İranla müharibəyə cəlb etməyə çalışıb.

Rauf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki